17 il evli olub yoldaşını qəzada itirən qadın bunları deyir:
-“Kişi, Allahın yaratdığı ən gözəl canlıdır. Yoldaşına, qızına, bacısına, anasına, atasına, nəvəsinə sahib olduğu nə varsa fəda edər. Gəncliyini və sağlamlığını yoldaşı və uşaqları üçün fəda edər, çünki fasiləsiz işləyər. Bir az gəzməyə çıxsa bivec, evdə qalsa tənbəl olur?! Səhv edən övladına əsəbləşəndə vəhşi ata, əsəbləşməsə başı soyuq olur?! Yoldaşının işləməyinə icazə verməsə geri düşüncəli, icazə versə “arvad pulu yeyən” olur?! Anasının sözünü eşitsə”mama uşağı”, yoldaşının sözünü eşitsə “arvad ağız” olur?!
Bütün bunlara rəğmən ata bunları edər:
-“Uşaqlarının hər şeydə özündən daha yaxşı olmasını istəyər. Uşaqları kiçik olanda ayağını, böyük olanda isə ürəyini əzəndə dözər, anlayış göstərər. Sahib olduğunun hamısını verər. Uşaqları göydəki ulduzu istərsə, o imkanı çatsa Günəşi gətirməyə hazırdır. Əgər bir ana 9 ay övladını qarnında daşıyırsa, ata da ağlında, zehnində, ömrü boyu daşıyar. Ailə üçün ata olduğu müddətcə bütün dünya gözəl, yaşanılası yer olur.
Yetim bir uşaqdan soruşun:
-“Ata” deyəcək birini tapa bilməmək nə çətin şeydir, başa salsın sizə!
Allahım, atalarımız bizi mərhəmətlə yetişdirdiyi kimi, sən də onlara mərhəmətinlə yanaş, onları bağışla!”
Səfər İBRAHİMOV
Leave a Reply