29 may Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Aytəkin Məmmədovun doğum günüdür.
Allah bütün Qəhrəmanlarımıza rəhmət etsin!
Aytəkin İsrayıl oğlu Məmmədov 29 may 1967-ci ildə Gədəbəy rayonunun Göyəlli kəndində anadan olmuşdur. 1974-1984-cü illərdə burada məktəbdə oxumuşdur. 1985-ci ildə hərbi xidmətə çağırılımışıdır. 1987-ci ildə ordudan tərxis edilmişdir.
1991-ci ildə DİN-nin Xüsusi Təyinatlı Polis dəstəsinə daxil olur. 1991-ci il Xanlar rayonu erməni işğalçıları tərəfindən hücuma məruz qalanda Aytəkin döyüşə atılır erməni yaraqlılarını məhv edən cəsur döyüşçü qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Aytəkin İsrayıl oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Göyəli kənd qəbristanlığında dəfn edilmişdir.
Əli İBRAHİMOV
Leave a Reply