ELAZ.İNFO

Onlayn xəbər portalı

Musa Quliyev: -“Zəngəzurun qərbinin Ermənistana verilməsi N.Nərimanov tərəfindən bəyan edilməmişdi”

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Musa Quliyev bildirib ki, tarixi Azərbaycan torpaqları üzərində Ermənistan adlı dövlətin qurulmasında Rusiya birbaşa iştirak edib.

Deputat söyləyib ki, “Zəngəzurun qərbinin Ermənistana verilməsindən hiddətlənən Türkiyə xadimlərindən biri Kazım Qarabəkir Paşa olub. O. Behbud Şahtaxtinski ilə 1920-ci ilin noyabr ayında Karsda görüşündə bu barədə belə deyib:

“… Rusiya… Türkiyə və Azərbaycan əraziləri hesabına ermənilər üçün “Böyük Ermənistan” qurmağa çalışdı… Nəhayət, Rusiya, türklərin Rusiya ilə əlaqə saxladığı kiçik dəhlizi Ermənistan verdi. Bununla da Rusiya özünü böyük bir kütlənin gözündə düşürdü, inam və etibarını itirdi, Azərbaycanda dəhşətlər törətdi. Düşmənlər deyirlər, Rusiyadan kömək gözləmək lazım deyildir, qorxmaq lazımdır” .

M. Quliyev onu da qeyd edib ki, “Behbud Şahtaxtinski bu barədə noyabrın 28-də Q.Orconikidzeyə məktubunda məlumat verirdi. Partiyanın bu barədə məxfi qərarı olsa da, o zaman hələ Zəngəzurun qərbinin Ermənistana verilməsi Xalq Komissarları Sovetinin sədri N.Nərimanov tərəfindən bəyan edilməmişdi”.

İlahə BAYINDIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights