Şəhidlərimizdən yazmaq çox çətindi, həm də qürurvericidir. Hər bir Azərbaycan vətəndaşı şəhidlərimizi yaşatmalıdır, onu uca tutmalıdır.
ELAZ.İNFO xəbər verir ki, “Şəhidlərimizi, tanıyaq və tanıdaq” lahiyəsi əsasında bu dəfə Tərtər rayon Udulu kəndi məktəbinin müəllim və şagird kollektivi Neftçala rayonunda, Şəhid ocaqlarında ziyarətdə olub.
ELAZ.İNFO-ya danışan məktəb direktoru Könül Hacıyeva bildirdi ki, “tez-tez şəhid ailələrini ziyarət edirik. Bu ilin may ayının 31-də Nefçala Şəhidlərini ziyarət çərçivəsində Vətən Müharibəsi Qəhrəmanı İsmayılov Camal Vidadi oğlu və Baş leytinant Şuşa fatehi, Əzizov Xəyyam Əli oğlununun ev müzeylərini ziyarət etdik. Şəhid ailələrinin dərdinə şərik olduq. Allah ziyarətimizi qəbul eləsin”.
K. Hacıyeva bildirdi ki, “Şəhid ailələrinin dərdinə şərik olmaq üçün bu qədər yolu qət edərək gəlmişik. Dərdimiz birdir, bizi sadəcə məsafə ayırır. Şəhidlər bizim qürur mənbəyimizdir. Onu da söyləyim ki, Qəhrəmanlarımızı gələcək nəsillərə tanıtmaq üçün məktəbimizdə silsilə tədbirlər həyata keçirilir. Tarix yazan bu qəhrəmanların ev muzeylərini şagirdlərimizlə birlikdə tez-tez ziyarət edirik və bu tədbirlərimizi davamlı olaraq həyata keçiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbr versin! Millətimizin başı sağ olsun!”
Ş. Kamilin anası Könül xanımın çıxışı: -Çox sağ olun ki, bu cür Şəhidlərimizi yad edirsiniz. Ürəknən uşaqlarını sizə etibar edib bu uzaq yola göndərən valideynləri də sağ olsun. Demək millətimiz öz Şəhidinə cox böyük dəyər verir. Allah bu şagird balalarımıza da zehin açıqlığı versin, hər kəs böyüyəndə bir tarix yazar və millətimizə, dövlətimizə layiqli övladlar olarlar”.
Ruslan MƏMMƏDOV
Leave a Reply