ELAZ.İNFO

Onlayn xəbər portalı

Nutellanın resepti

Yaxın gəlin, Nutella hazırlayacağıq.

-Ev şəraitində Nutella hazırlamaq üçün ELAZ.İNFO sizə “Nutella”nın reseptini təqdim edir:

4 stəkan süd,

4 stəkan şəkər tozu,

3-4 xörək qaşığı tünd kakao tozu,

250 qram kərə yağı,

0, 5 çay qaşığı duz lazımdır.

İlk öncə bir qabda şəkər, kakao və unu yaxşı-yaxşı qarışdırılmalıdır. Sonra bura süd az-az əlavə edilməlidir ki, qarışıq topalanmasın.

Bişirilməsi üçün bütün bu qarışıq bir qazana tökülməli və vam şəkildə ayarlanan ocağın üstünə qoyulmalıdır. Qarışıq vam odun üstündə davamlı surətdə qarşıdırılmalıdır ki, qarışıq dib tutmasın, yanmasın.

Qaynayan qarışığın üzərinə xırd-xırda doğranmış qoz və fındıq əlavə edilməlidir.

Artıq əldə olunan şokoladlı–qozu-fındıqlı pasta ocağın üstündən götürülərək soyudulmağa qoyulur. Pasta qapaqlı bir bankaya yığılaraq, soyuducuda saxlanılır.  

3-4 saatdan sonra bizim dadlı və təbii, öz əlimizlə hazırladığımız “Nutella” hazırdır.

Nuş olsun!

Verified by MonsterInsights