ELAZ.İNFO

Onlayn xəbər portalı

İLK BAYTAR TEXNİKLƏR MƏLUM OLDU

Sübhan Cəbrayılov adına Salyan peşə litseyinin ilk baytar texniki məzunları bəlli olub.
ELAZ.İNFO-nun Salyan bürosu xəbər verir ki, bu gün Salyan peşə litseyinin yeni yaradılmış baytar texniki üzrə ilk məzunlar imtahan verəcəklər.

Bu məqsəd ilə Litseyin direktoru Ruslan Fətullayev və Qrup rəhbəri Mətanət Soltanovanın rəhbərliyi ilə məzunlar 2 qrupa ayrılaraq, müxtəlif sahələrdə təcrübə keçiblər. Yerli fermerlərin dəstəyi ilə bir qrup qan analizləri, digər qrup isə süni mayalanmada canlı olaraq iştirak ediblər.


Qrup rəhbəri Mətanət Soltanova bu gün dövlətin kənd təsərrüfatının, eləcə də heyvandarlığın inkişafına böyük layihələr üzərində işləməsindən danışıb.

Tələbələr isə onlara izah olunan dərsləri yüksək səviyyədə mənimsədiklərini, gələcəkdə sevərək bu sahədə fəaliyyətlərini davam etdirəcəklərini söyləyiblər.

Ruslan MƏMMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights