ELAZ.İNFO

Onlayn xəbər portalı

Bu gün ƏDALƏT öldü…

ELAZ.İNFO, BAKI, 23.05.2025.

Keçmişdə ingilislərdə bir adət var imiş. Adi bir vətəndaş öldükdə, kilsənin zəngi bir dəfə çaldırılıb hər kəsə duyurularmış.

Ali təbəqədən biri öldükdə iki dəfə, kralın ailə üzvü öldükdə üç dəfə, kralın özü öldükdə isə dörd dəfə zəngi səsləndirərmişlər.

Günün birində hər kəsin haqq aramaq üçün sığındığı məhkəmədə birini haqsız yerə hakim ölümə məhkum etmiş.

Və kilsənin zəngi tam beş dəfə çalınmış. Hər kəs maraq içində zəngi səsləndirən gəncdən soruşmuş:

– Kraldan daha önəmli birimi ölmüş ki, zəngi beş dəfə səsləndirirdin?

Gənc deyir:

– Bəli, bir ölkə üçün kraldan daha vacib bir şey var – ƏDALƏT. Bu gün ƏDALƏT öldü…

Materialı hazırladı:

Sahib İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights