Amerika və Azərbaycan enerji sənayesində əməkdaşlıq imkanlarını müzakirə edib.
ELAZ.İNFO xəbər verir ki, bu barədə Amerika səfirliyindən bildirilib.
Məlumata görə, bu barədə müzakirələr Amerika Dövlət Departamentinin Baş müşaviri Vayet Toulkinin Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələri ilə görüşündə aparılıb.
Bildirilib ki, enerji sahəsində iki ölkə arasında mövcud olan güclü tərəfdaşlıq üzərində qurulan əməkdaşlığın davam etdirilməsi həm Güney Qafqazda, həm də Amerikada iqtisadi inkişaf və rifahın təmin olunmasına xidmət edəcək.
Aydan ŞƏRBƏTOVA
Leave a Reply