ELAZ.İNFO

Onlayn xəbər portalı

Haribo konfetləri bütün satış şəbəkələrindən toplandı

ELAZ.İNFO xəbər verir ki, Niderlandda Happy Cola F!ZZ konfetlərini yeyən bir neçə adam özünü “pis” hiss edib və bu haqda polisə məlumat verib. Niderlandın Ərzaq məhsulları və istehlak mallarının təhlükəsizliyi idarəsinin nümayəndəsi konfetlərdən nümunələr götürüb.

Yoxlama nəticəsində konfetlərin tərkibində çətənə aşkar olunub. Konfetlər Haribo şirkəti tərəfindən 1 kq-luq paketlərdə istehsal olunur.

Haribo konfetləri bütün satış şəbəkələrindən geri çağırıb və onları yeməmək barədə əhaliyə müraciət edib.

Başa düşmədim, niyə yığışdırırlar ki? Onsuz da Niderlanda yüngül narkotik satışı və istifadəsi qadağan deyil. Elə vitrində yazaydılar ki, bu konfetlər sizin kefinizi qaldıracaq.

Mərdimazar isə hər yerdə tapılır. Minlərlə adam yedi – şikayət etmədi, 2-3 adam insanları ucuz xoşbəxtlikdən məhrum etdi.

Məncə, Haribonun xəbərdarlığından sonra həmin konfetlərin qiyməti qalxacaq.

Asif ŞƏFƏQQƏTOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights