ELAZ.İNFO xəbər verir ki İstanbulun ən qədim və canlı alış-veriş yerlərindən biri olan Ədviyyat Çarşısı 1664-cü ildən fəaliyyət göstərir. Bazarın dar küçələrindən ədviyyatlar, lokumlar, qəhvə və dərman bitkilərinin qoxusu yayılır. Osmanlı dövrünə aid olan bazar keçmişlə bu gün arasında körpü rolunu oynayır.
“Dörd yol” mənasını verən “Çarşı” sözü dükanların toplandığı, eyni zamanda tarix boyu ictimai həyatın və ticarətin mərkəzi olan əraziləri ifadə edir. Bu gün sürətlə artan ticarət mərkəzlərindən fərqli olaraq, hər küncdə özünəməxsus hekayələri var. Ədviyyat bazarı keçmişdən bu günə qədər tarix qoxuyan məkanlardan biridir.
Aydan ŞƏRBƏTOVA
Leave a Reply