ELAZ.İNFO xəbər verir ki, 5 iyun şair, pedaqoq, gözəl, incə poeziyasıyla ürəkləri fəth edən, bu dünyada cəmi 29 il qonaq olan, nakam şair Mikayıl Müşfiqin (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 05.06.1908 Bakı, 06.01.1938 Bakı) doğum günüdür.
Müşfiq mərd insan olub, Hüseyn Cavidi, Cəfər Cabbarlını, Əhməd Cavadı özünə ustad bilib. 1937-ci ildə həbs olunmamışdan öncə onunla şərt kəsiblər, deyiblər ki, Cavid əfəndidən donos yaz, səni tutmasınlar. Müşfiq dərhal cavab verib və deyib:
–Əgər mənim sağ əlim ustadım haqqında donos yazsa, sol əlim sağ əlimi baltalayar.
Şair 29 illik qısa ömründə böyük bir poeziya sərvəti qoyub getmişdir. Sanki şüuraltı ömrünün qısa olacağını bilirmiş kimi. “qələmə güc verib”.
Şair dostlarıyla hər dəfə görüşəndə yeni yazdığı şeirləri oxuyardı. Deyərdi tələsməyin, birini də yazmışam, hər şeiri bitirəndə deyərdi birini də yazmışam. Ruhu şad, məkanı cənnət olsun, Müşfiq Azərbaycan ədəbiyyatı tarixində əbədiyyətini hələ sağlığında qazanmışdır.
Əli İBRAHİMOV
Leave a Reply