ELAZ.İNFO

Onlayn xəbər portalı

Ukrayna onları “oğurlanmış”, Rusiya isə “xilas edilmiş” uşaqlar adlandırır

ELAZ.İNFO xəbər verir ki, İstanbul danışıqlarında Ukrayna tərəfi Rusiyaya 339 uşağın siyahısını verib və onların qaytarılmasını tələb edib. Ukrayna onları “oğurlanmış”, Rusiya isə “xilas edilmiş” uşaqlar adlandırır. Onlar döyüş zonasına düşmüş uşaq evlərindən 2023-cü ildə Rusiyaya təxliyə edilmiş uşaqlardır.

Bu hadisədə maraqlı olan nədir? Ukrayna tərəfi, o cümlədən Zelenski dəfələrlə müxtəlif rəsmi tədbirlərdə, hətta BMT Baş Assambleyasında bəyan edib ki, Rusiya Ukraynadan on minlərlə uşaq oğurlayıb. Hətta bu iddialar əsasında Beynəlxalq Cinayət Məhkəməsi (BCM) 17.03.2023 tarixində Putinin və Rusiya prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanın həbsinə order verib. Məhkəmədə Ukrayna tərəfi Rusiyanın 300 min (!!!) uşaq oğurladığını demişdi.

Təsəvvür edirsiz, necə ədalətli məhkəmədir? Netanyahu Qəzzada uşaq-qadın bilmədən dinc əhalini bombalayır, ac-susuz, müalicəsiz saxlayaraq, kütləvi qırılmasını təşkil edir və bunu açıq şəkildə deyir. Ona qarşı CAR-ın BCM-ə təqdim etdiyi 400 səhifədən artıq inkaredilməz faktları (videoyazılar, fotolar, dərc olunmuş çıxışlar, şahid ifadələri və s.) məhkəmə 1 ilə yaxın araşdırandan, dinləmələr keçirəndən və müdafiə üçün heç bir arqumenti qalmayandan sonra Netahyahunun həbsinə order verməyə məcbur oldu.

Rusiya döyüş bölgəsindən kimsəsiz uşaqları çıxarıb. BCM heç uşaqların siyahısını dəqiqləşdirmədən, vəkilləri dinləmədən fantastik iddialar əsasında 1 gün ərzində Putinin həbsinə order verib.

Hərçənd Rusiya lap əvvəldən bəyan etmişdi ki, həmin uşaqların qanuni valideynlərinin mövcudluğu barədə müvafiq sənədlər təqdim edilərsə, onları qaytaracaq. O vaxtdan 101 uşaq qaytarılıb. Yeri gəlmişkən, eyni qaydada Ukrayna da Rusiyaya 20 uşaq qaytarıb.

İndi məlum olur ki, Zelenskinin on minləri 339 nəfər imiş. Hələ onların hamısının Rusiyada olması özü sual altındadır. Ukraynanın əvvəlki siyahısında olan uşaqlardan 12-si sonradan Almaniyada tapılmışdı.

BCM isə oyuncağa dönüb… Putin Roma statutuna qol çəkən (BCM-in səlahiyyətini tanıyan) Monqolustana gedəndə və orada həbs olunmayanda bütün Avropa vay-həşir salmışdı. Amma Netanyahu Macarıstana gələndə səslərini çıxartmağa cürət etmədilər.

Asif ŞƏFƏQQƏTOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights