Pestisidlər və ya kimyəvi zəhərli maddələr, kənd təsərrüfatında becərilən mədəni bitkiləri və məhsulları ziyanvericilərdən qorumaq, eləcə də bitkilərin məsuldarlığını artırmaq üçün istifadə olunur
Meyvə və tərəvəzlərdə qalan pestisidlərdən xilas olmaq mümkündür. Amma bunun üçün bəzi kritik məqamlara diqqət yetirmək lazımdır. Pestisidlərdən qurtulmağın müxtəlif üsulları var və mütəxəssislər bu mövzuda bəzi vacib məqamları vurğulayırlar.
ELAZ.İNFO xəbər verir ki, kaliforniyalı bağban və müəllif Chris Young meyvə və tərəvəzləri pestisidlərdən təmizləmək üçün bu addımları atmağı tövsiyə edir:
‘Soyuq axan suyun altında yumşaq bir şəkildə yaxalamaqla başlayın. Yumşaq meyvələri çox güclü yumamağa diqqət edin. Yarpaqları yarpaqlı göyərtilərdən ayırın və hərtərəfli təmizləndiklərinə əmin olana qədər bir-bir yuyun. Qovun və ya gül kələm kimi kobud səthləri və ya yarıqları olan məhsullardan kirləri təmizləmək üçün fırçadan istifadə edin. ‘Meyvə və tərəvəzləri yeməkdən əvvəl qurudun.’
Meyvələri yuyarkən onları suyun altında saxlamaq kifayət deyil! Xüsusilə sərt meyvələri yuyarkən onları yaxşıca ovmağı unutmayın. Meyvə və tərəvəzlərinizi yuduqdan sonra mikrobların yayılmasının qarşısını almaq üçün lavabonun içini yaxşıca təmizləyin.
Mütəxəssislər meyvələrin vitaminlərinin qabıqlarında olduğunu desələr də, bu günlərdə bu baxışın dəyişdiyini görmək olar. Bir sıra mütəxəssislərin fikrincə, pestisidlərdən qurtulmağın ən yaxşı yollarından biri meyvələrin qabığını soymaqdır.
Günel GÜNTAC
Leave a Reply