ELAZ.İNFO

Onlayn xəbər portalı

Ançelotti və Modriç Real Madridlə qələbə ilə vidalaşıblar

ELAZ.İNFOBAKI, 26.05.2025.

ELAZ.İNFO xəbər verir ki:İspaniya Birinci Futbol Liqası (La Liqa) mövsümünün son oyununda Madridin “Real” klubu öz meydanında “Real Sosyedad”ı 1:0 hesabı ilə məğlub edib. Matçdan sonra İspaniya nəhəngində baş məşqçi Ançelotti və ulduz futbolçu Modriç yola salınıb.

“Santyaqo Bernabeu”da keçirilən görüşdə qələbə qazandıran qollardan ilkini 38-ci dəqiqədə fransız ulduz Kilian Mbappe penaltidən vurub.

Mbappe 83-cü dəqiqədə Vinisius Jr-ın ötürməsindən yaxşı istifadə edərək hesabı 2-0 edib.

“Real Madrid” 84 xalla mövsümü ikinci, 46 xalla “Real Sosyedad” isə 11-ci yerdə başa vurub.

Nadir HÜSEYNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights