ELAZ.İNFO xəbər verir ki, McLaren-in avstraliyalı pilotu Oskar Piastri Formula 1 dünya çempionatı mövsümünün 9-cu yarışı olan İspaniya Qran Prisinin qalibi olub.
CNN yazır ki, Piastri Barselonada 4,65 kilometrlik Barselona-Kataloniya Pisti üzrə keçirilən yarışda 1 saat 32 dəqiqə 57,375 saniyə nəticə ilə birinci olub.
Böyük britaniyalı Lando Norris Piastridən 2,471 saniyə geri qalaraq ikinci, Monakolu Çarlz Lekler isə qalibdən 10,455 saniyə geri qalaraq üçüncü olub. Mövsümün 10-cu yarışı olan Kanada Qran Prisi iyunun 15-də keçiriləcək.
İslam MAHMUDOV
Leave a Reply