ELAZ.İNFO

Onlayn xəbər portalı

Ulduz futbolçu öz ölkəsinə döndü

ELAZ İNFO xəbər verir ki, Portuqaliya Liqasının təmsilçisi “Benfika”dan ayrıldığını açıqlayan 37 yaşlı Anxel Di Marianın yeni komandası bəlli olub. Ulduz futbolçu ölkəsi Argentinaya qayıdıb.

Argentinalı oyunçu gənclik akademiyası vasitəsilə böyüdüyü uşaqlıq klubu, Argentina Premyer Liqa komandası Rosario Central’a transfer edilib.

Məlumat üçün bildirək ki, Di Maria 2006-2007-ci illərdə Rosario Central A komandasında oynayıb. Təcrübəli futbolçu bir mövsüm sonra “Benfika”ya transfer olunub.
Qeyd edək ki, ulduz futbolçu karyerasında “Rosario Central”, “Benfika”, “Real Madrid”, “Mançester Yunayted”, “Paris Saint-Germain” və “Yuventus” kimi klublarda çıxış edən Di Maria 808 matçda 194 qol vurub, 277 məhsuldar ötürmə edib. Argentina millisinin də formasını 145 dəfə geyinən ulduz futbolçu 31 qola imza atıb.

İslam MAHMUDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights