ELAZ.İNFO

Onlayn xəbər portalı

“HU” qəlbin arikulasında “ALLAH” deyir

Nəfəs alıb vermə

Quran və hədislər də anmaq anlamı “Qəlb” kəlməsi ilə keçir. Bu zaman hər kəsin bildiyi ət parçası olan qəlbimiz yada düşür…
Lakin qəlbin maddî və mənəvi tərəfləri vardır.Hər ikisinin də görünüb və görünməyən tərəflərin pərdəlidir. “Qəlbi-səlim” deyə bir söz vardır ki, burada hər şey gizlidir.“
“Qəlb-sənubəri”isə işin mənəvi tərəfidir. Qəlbin mənəvi tərəfinə isə lüğətdə “Fuad” və ya “Dənəs” də deyərlər ki, bu da nəfs ilə bulaşıq və ya ayrı tərəfi deməkdir.
Biz insanlarda qəlbin həm mənəvi , həm də maddi tərəfi də çalışmaqdadır.
Tibbdə qəlbin iki tərəfi: Sağ və sol qapaqçıqlarının olduğunu bildirir. Hər ikisində də iki boşluq vardır. Sol qəlbdə oksigenli qan, Sağ qəlbdə karbonbioksidli qan…
Qəlbdən çixan damarlar arterial(şiryan), qəlbə gələn damarlar isə Vena(verid) damarlarıdır. Qəlbdən ağ ciyərə ,ağ ciyərdən qəlbə, qəlbdən vücuda, vücuddan qəlbə,qəlbin hərəkəti zamanında gələn-gedən damarların qapaqlarında, alt və üst qəlb qapaqlarında da səs əmələ gəlir. Bunlar möhtəşəm toplumun səsləridir. Bu səslərin bir qismi qulaqlarımızda duyulur. Nəbzimizi əl ilə yoxlandıqda qəlbin səsi hiss edilir. Bu səs sol qəlbə ağ cigərdən gələn 4 vena damarları ilə təmiz qandan gəlir. Sol üst göz, təmiz qanla dolduğu zaman sol üst göz ilə, sol alt göz arasında neitral deyilən bir qapaqcıq vardır. O açılır və təmiz qan alt gözə dolur.Qapaq qapanır. Bu açılıb qapanma nəticəsində səs əmələ gəlir. Sol alt gözdən çıxan aortaya qəlb quvvətli olaraq təmiz qanı toplayır və qan vücuda dağılır. Bu səslərin biri duyulur, biri isə duyulmur. Aşağı boşalarkən, yuxarısı təkrar dolar və bu zaman aşağı boş olar. Sağda da eyni minval üzrə bu hərəkət davam edər. Bu şəkildə qan bədəndə dövran edər, yəni qanın təmizlənmə mexanizminin hava ilə təması belə davam edər.
Birincisinə kiçik , digərinə isə böyük dolaşma deyilir. Sağlı sollu, altlı üstlü çapraz bir tərzdə bu iş davam edərkən qəlbin genişlənib- büzülməsi, qapaqların bağlanıb-açılması insan həyatda yaşadığı zamana qədər davam edər. Bunların aralarında 0.11 saniyəlik bir zamanla 0.45 saniyəlik bir durmaq-dayanmaq vardır.Qəlbin sıxılıb genişlənməsi zamanı səslər çıxır ki, bu səslərə də biz qəlbin döyüntüsü deyirik.
Sağ qulaqcıq sol qulaqcıqdan qulaqcıqarası arakəsmə – (və sağ mədəcik sol mədəcikdən mədəcik arası arakəsmə –ventriculorum –) vasitəsilə ayrılmışdır; lakin sağ qulaqcıq sağ mədəcik ilə və sol qulaqcıq sol mədəcik ilə (atrioventricularia)adlanan dəliklər vasitəsilə birləşir.
Qəlbin sol taraf aortasının çıxış və alt qismındə, bir ət parçası vardır ki. buna
Atriorum ismi verilmişdir və ölüm zamanı ən son orikulanın durmasıyla həyat bitmiş olar. Orikulanın altdan yuxarı doğru hissəsində 4 ədəd yarıq mövcuddur ki, bu da Ərəb hərfləri ilə Allah kəlməsinə bənzəyir..
Alimlər qəlbin açılma, qapanma, sıxılma, gövşəmə əsnasında əmələ gələn səslərini tətqiq etdikləri zaman məlum olmuşdur ki, bu səslər 8-dir və 4 səs halinda duyulur.

  1. Səs : Bir qapaq açılır qan sol alt gözə keçər.
  2. Səs : Alt gözdəki qan aorta dəliyindən vücuda sövq edilir.
  3. Səs : Bu mədə nahiyəsində duyulur. Qarında böyük damarın döyünməsi əl ilə duyulur.
  4. Səs : 5-ci ilə 6-cı səsin birləşməsi nəticəsində iki səs tək duyulur.
    Bu izaha görə 4 duyulan 4 duyulmayan 8 ihtizaz səsi vardır.
    İndi qəlbin mənəvî tərəfi haqqında danışaq.
    Nəfəs alma : “Heyy” ilə hava alınır.
    Nəfəs vermə : Hava ilə “Hu” verilir.
  5. Bu harəkət 4 qəlb səsinin başlangıcının nəticəsindədir. Qəlbin bu nəfəs alıb verməsi “Heyy” ilə “Hu”səsinə bənzəyir. Bu səs ihtizaz halinda bütün vücuda yayılır.
    Xəstəliklərin hamısı, Əziz və Cəlil olan Allahın qula verdiyi hədiyyədir.Bədəndə hər hansı bir xəstəlik zamanı qəlbin ritmində də dəyişikliklər baş veriri. Allahın bəndəyə verdiyi xəbərdarlıqdır ki,vücudunun maddi və mənəvi ehtiyatını artıq itirirsən və Məni çağır ki, sənə şəfa verim.
    Nəfəs alarkən “Hu” deyirik və içimizdəki nəfəsi verərkən ”Heyyi” bayıra veririk. Təkrar “Heyy”deyib, “Hu”nu içəri alırıq.
    Deməli, “HU” qəlbin arikulasında “ALLAH” deyir. Bununla da aydın olur ki, nəfəs-alıb verən vücudumuzda, özümüz belə dərk etmədən ruhumuz daima Allahı zikr etməkdədir, kölgələrimiz səcdə etdiyi kimi.

Mənzər AĞAYEVA

İlahiyyatçı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights