ELAZ.İNFO

Onlayn xəbər portalı

Qədim Urartu yoxsa saxta Ararat?!

(Sonuncu yüzillikdə meydana gəlmiş “ən qədim” erməni yalanı)

E.ə. IX əsrin ortalarından VII əsrin sonlarınadək hazırlanmış Urartu (əsl adı Biainili) mixi yazılı kitabələrinin (600-ə qədər) heç bir yerində “hay”, “erməni” adlı tayfadan və ya Armeniya adlı ölkədən bəhs olunmur.

Hələ XIX əsrin 70-80-ci illərində məşhur alman liqvisti D.D.Mordmann öz elmi məqalələrində bir daha təsdiq edir ki, Urartu dilinin erməni dili ilə deşifrə etmək mümkün deyil, bu iki dil və bu iki xalq ayrı-ayrı xalqlardır.

E.ə.IX-VII əsrlərdə Şərqi Anadoluda yaşamış Urartulular öz ölkələrini Biainili adlandırırdılar. Onların ölkəsi ilk dəfə e.ə.1274-cü ildə Aşşur hökmdarı I Salmanasarın hakimiyyətinin ilk ilində tərtib olunmuş kitabəsində Uruadri (/Uruatri) adı ilə tanınmış, üç əsrə yaxın hakimiyyət sürmüş bu işğalçı dövlət öz hökmdarlarının kitabələrində heç vaxt Urartu adı ilə təqdim olunmamışdır.

Urartu adı e.ə.VI əsrin ortalarından etibarən ibrani dini mətnlərində (“Yaradılış” və s.) “rrt” kimi yazılmış, sonradan isə ibrani əlifbasında ilk hərf olan “alef” əlavə edilərək, oxunduğu üçün yanlış olaraq qondarma “Ararat” adı ilə tanınmışdır. Ararat adı əslində Urartu adının yanlış oxunmasından qaynaqlanır.

Ramin ƏLİZADƏ,

Azərbaycan Milli Elmlər Akademiyası,

Tarix və Etnologiya İnstitutu,

“Azərbaycanın qədim tarixi” şöbəsinin

böyük elmi işçisi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights