ELAZ.İNFO

Onlayn xəbər portalı

Transformator tipli neyron şəbəkəsi vasitəsilə təhlil edilir

ELAZ.İNFO xəbər verir ki, sosial şəbəkələrdəki abunəliklər əsasında tələbələrin müvəffəqiyyətini müəyyən edən Süni İntellekt yaradılıb.

Əlaçı tələbələr tez-tez elmi və təhsil mövzusuna aid qruplara abunə olurlar, daha çətin mətnləri oxuyurlar və müzakirələrə, eləcə də məlumatların dərin analizinə daha çox maraq göstərirlər.

Rusiyalı tədqiqatçılar, tələbənin sosial şəbəkələrdə hansı qruplara abunə olduğuna əsasən onun akademik müvəffəqiyyətini 88% ehtimalla müəyyən edə bilən süni intellekt sistemi yaradıblar. Bu barədə Rusiya Milli Tədqiqat Universiteti – Ali İqtisadiyyat Məktəbinin (VŞE) mətbuat xidməti məlumat yayıb.

“Bəzi nəticələr bizi təəccübləndirdi. Məsələn, incəsənətə və ya səyahətə maraq göstərən tələbələrin əla oxuması. Bu maraqlar təhsilə mane olmur, əksinə, görünür ki, daha yaxşı oxumağa kömək edir. Əmək fəaliyyəti ilə bağlı qruplarla aktiv qarşılıqlı əlaqə isə zəif müvəffəqiyyətin göstəricisi kimi çıxış edir ki, bu da başadüşüləndir,” – deyə VŞE tədqiqatçısı Sergey Qorşkov universitetin mətbuat xidmətinə bildirib.

Alimlər bu nəticəyə universitetlərə tələbələr arasında ən uğurlu və ən zəif göstəricilərə sahib olanları müəyyən etməyə, və hər iki kateqoriyaya uyğun təhsil yanaşmaları hazırlamağa imkan verəcək yanaşmaların inkişafı məqsədilə aparılan layihə çərçivəsində gəliblər. Layihə çərçivəsində alimlər Tomsk Dövlət Universitetinin 4400 tələbəsinin açıq profil məlumatlarını onların qiymətləri ilə müqayisə ediblər.

Bu məlumatları əldə etmək üçün tədqiqatçılar sosial şəbəkələrdəki məlumatları BERT adlı transformator tipli neyron şəbəkəsi vasitəsilə təhlil ediblər. Bu texnologiya tələbələrin daxil olduqları qruplardakı ünsiyyət mövzusunu müəyyən etməyə və onları bir neçə əsas kateqoriyaya ayırmağa imkan verib. Daha sonra bu məlumatlar müxtəlif təsnifat modelləri vasitəsilə analiz olunub və sosial şəbəkə abunəlikləri ilə akademik göstəricilər arasında əlaqə ortaya çıxarılıb.

İlham ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights