ELAZ.İNFO, BAKI, 27.05.2025.
ELAZ.İNFO xəbər verir ki, xalqımızın milli kimliyinin təcəssümü olan Respublika Günü azadlıq, istiqlaliyyət bayramı kimi sevgi ilə qeyd olunur.
Bun gün Biləsuvar rayon ictimaiyyətinin iştirakı ilə Heydər Əliyev Mərkəzində 28 May – Respublika Gününə həsr olunmuş tədbirlər keçirildi. Tədbirlərdə Regional Mədəniyyət idarəsi geniş konsert proqramı ilə çıxış etdi.
Məlum olduğu kimi, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Mərhum Prezident Heydər Əliyev dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi:
-“Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”..
Natəvan BƏYDİLİ
Leave a Reply