ELAZ.İNFO

Onlayn xəbər portalı

Röya Ayxan: -“Deyirlər rəhmətliklər təzədən dirilib”

ELAZ.İNFO xəbər verir ki, qalmaqallı söz-söhbəti ilə yenə Röya Ayxan gündəmə gəlib. Belə ki, Xalq artisti Röya Ayxan özünün sosial şəbəkə hesabından tanınmış ictimai xadim, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayevə hədə qorxu gəlib. O yazıb:

-“Deyirlər rəhmətliklər təzədən dirilib. Enerjiyə gəlmisiniz, elə bilirsiniz gəlib mənə çatmır? Ayaz Salayev, başlayıram sizdən. Məni gördünüz salamlaşırsınız, özünüzə gəlin. Yaxşı? Mən öyrəşmişəm ölənləri diriltməyə, amma siz elə ölü qalın. Ay mən olmuşam, ay mən belə getdim… Bəli, birinci mən. Bəli hər şeyin ən gözəlini, ən layqincə edəni mənəm. Çünki oxuduğum kimi də ürəyim var. Bildin? Ya hamı bir-birini dəstəkləsin, sevsin, əlini sıxsın ya da ümumiyyətlə heç kim adımı çəkməsin”

Röyanın bu hədə-qorxusu ictimaiyyət arasında narazılığa səbəb olub.

Məlumat üçün bildirək ki, öz çıxışında Ayaz Salayev Kann festivalının bilicisi kimi, tədbirin qaydalarını izah etmişdi. O söyləmişdi ki, “Kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər. Çətin bir şey deyil. Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb”.

Ayaz Salayev Röyanın təltif olunduğu “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunmasını şübhə altına almışdı və ironiya ilə demişdi ki, “bu mükafatın Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur”.

Görünən odur ki, hər iki tanınmış arasında qalmaqal daha da ciddiləşməkdədir.

Yazdı:

İlahə BAYINDIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights