ELAZ.İNFO

Onlayn xəbər portalı

Aktrisa Tatyana Yarvi vəfat etdi

ELAZ.İNFO, BAKI, 21.05.2025.

Aktrisa Tatyana Yarvi diz əməliyyatından sonra vəfat edib.
ELAZ.İNFO xəbər verir ki, Estoniyanın Vikerraadio radiosu aktrisanın qızının söylədiyinə istinadən aktrisa və balerina Tatyana Yarvinin (qızlıq soyadı Basova) 65 yaşında vəfat ediyi haqda məlumat yayıb.
Aktrisanın qızı bildirib ki, “Uzun sürən xəstəlik idi. Noyabrda diz əməliyyatından sonra vəziyyəti pisləşməyə başladı… Bədən yad cismi qəbul etmədi…”.
Basova 1970-ci illərin sonlarından bəri filmlərdə rol almağa başlamışdı. onu kinoya rejissor Yunqvald-Xilkeviçin gətirmişdi. O, balerinaya “Göy qurşağının üstündə” filmində rol təklif edərək, kinoya yol açdı.

Basoba uzun müddət Tallin Opera Teatrının baletinin solisti olub. Daha sonra isə Jarvi xoreoqraf işləyib.
Qeyd edim ki, Basova rəssam Raivo Jarvi ilə evlənmişdi.

Esmira RƏHİMOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights