ELAZ.İNFO

Onlayn xəbər portalı

29 may 1918-ci ildə İrəvan Ermənistana ilhak edildi

29 may 1918 – Azərbaycan parlamenti (Milli Şura) Antanta dövlətlərinin davamlı təzyiqlərindən sonra Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsi haqda qərar qəbul edir.

OXUYAQ!

İrəvanın Ermənistana müqavilə ilə verilməsindən 105 il keçir…

29 may 1918-ci ildə Azərbaycan parlamenti (Milli Şura) Antanta dövlətlərinin davamlı təzyiqlərindən sonra Azərbaycan şəhəri olan İrəvanın Ermənistana verilməsi haqda qərar qəbul edir. Milli Şuranın 29 may 1918-ci il iclasının protokoluna görə, siyahıda olanlardan 20-si bu qərarın lehinə səs verir, 1 nəfər əleyhinə olur, 3 nəfər isə bitərəf qalır. İrəvan şəhəri bu şərtlə ermənilərə güzəşt edilir ki, onlar Qarabağa olan iddialarından vaz keçsinlər.

Siyahıya alınma sənədlərinə görə 1879-cu ildə İrəvan şəhərində 29 min əhali yaşayıb. Bunun 43,15 faizini (12516 nəfər) azərbaycanlılar, 43,19 faizini (12529 nəfər) ermənilər təşkil edirdi.

Paylaşaq bilməyənlər bilsin. 28 may gününün millətimiz üçün hansı önəm daşıdığını bilməyənlər bunu da bilməz yəqin ki……

Əli İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights