Baş Kəşfiyyat İdarəsinin müstəntiqi A.A.Rıbkinə məlumatdan:
“1109 saylı məhkumdan razı idim. Məni yormurdu. 1938-ci il yanvarın 4-də gündüz mənə Qriqoryan Xoren İvanoviç xəbər göndərdi ki, söhbəti qısa elə…
Anladım ki, 1109 saylı məhkumun taleyinə artıq nöqtə qoyulub. Başımı qaldırıb, məndən bir az aralıda duran Əli Əlistana nəzər saldım.
Hiss etdim ki, qatarın getdiyini o da başa düşdü. Birdən heç kimin gözləmədiyi bir halda Əli Əlistan dedi:
– Şair, bu, bizim sonuncu görüşümüzdür, sonuncu arzunu de. Sabah sərəncam icra olunacaq…
Kimə nə çatdıracaqsansa, de…
Müşfiq susurdu. Nəhayət, -“Allah hamınıza cansağlığı versin. İmkan olarsa, məni anamın yanında dəfn edin. Bacararsanmı?…” – dedi.
Əli Əlistan- “Yox, mən bunu bacarmaram” – dedi.
1938-ci ilin yanvarında hökm icra olundu.
Materialı hazırladı:
Anar TAĞIYEV
Leave a Reply