ELAZ.İNFO

Onlayn xəbər portalı

İnsan necə, ola bildikmi?

500 verdik – Məşədi olduq, 1500 verdik – Kərbalayi olduq, 10.000 min verdik – Hacı olduq, Bəs görəsən İnsan necə, ola bildikmi?

Axı insanlıq pulla satılmır ki, alasan onu. İnsanlıq sevgi ilə qayğı ilə vicdan ilə alınır. İnsan olmadan, necə müsəlman olmaq olar, ey Adəm övladı?

Öncə insan ol, sonra istəsən müsəlman ol, istəsən xristian ol, istəsən musəvi ol, istəsən ateist olarsan, amma öncə insan ol.

Başqasının acısını öz acın bil. Yoxsa o öldü xristiandı, bu öldü müsəlmandı, bu öldü bütpərəsdi deyə- deyə ölümlərə ad axtararkən bax, ən sonunda insanlıq ölür, sevgi ölür, ədalət ölür, barış ölür, sülh ölür, vicdan ölür…

İsbəndiyar ƏHƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights