ELAZ.İNFO xəbər verir ki, maqazin dünyasının sevilən cütlüyü Fahriye Evcen və Burak Özçivit sosial şəbəkədə paylaşdıqları ailə fotoları ilə tez-tez xatırlanır.
Gözəl aktrisa Fahriye Evcen kiçik oğlu Kərəmlə çəkdirdiyi şirin fotonu İnstaqramda 13,7 milyon izləyicisi ilə bölüşüb.
Sevgilərinə 2013-cü ildə “Çalıkuşu”nun çəkiliş meydançasında başlayan və 2017-ci ildə evlilik tacını qoyan cütlüyün iki övladı var.
Cütlük 2019-cu ildə ilk övladları Karanı, 2023-cü ilin yanvarında isə ikinci oğulları Kərəmi dünyaya gətirib.

Ötən gün 6 yaşı tamam olan böyük oğulları Karan üçün təşkil edilən ad günü gecəsinin mövzusu Fənərbaxça olub və həmin anlar sosial mediada geniş əks-səda doğurub.
Fransanın Kolmar və Strasburq şəhərlərində tətildə olan Fahriye Evcen və Burak Özçivit ikinci bal ayı həyəcanını yaşayıb. Burak Özçivit tətildən tez-tez paylaşımlar edərək pərəstişkarlarını sevindirib. Son paylaşımı ilə sosial mediada böyük marağa səbəb olan Fahriye Evcenin balaca Kərəmlə çəkdirdiyi mehriban şəkli izləyiciləri tərəfindən çox izlənib. Onların ailəsinin xoşbəxtliyi qəzetlərin gündəmindən düşmür.
Günel GÜNTAC
Leave a Reply