Dünən xəbər ağentlikləri məlumat yayıb ki, Bill Qeyts sərvətinin böyük hissəsini ($200 milyard) Afrikanın hər yerində səhiyyə və təhsil təşəbbüslərinin maliyyələşdirilməsinə sərf edəcək.
Ay elə yalansa, səni Afrika ilanı sancsın.
-Səhiyyə barədə. Afrikada minlərlə uşaq aclıqdan və susuzluqdan ölür, bu isə guya peyvəndləməni maliyyələşdirir. A kişi, yolxucu xəstəliklərin çoxu elə aclıq və susuzluqdan (antisanitariyadan) yaranır da. Peyvəndləməyə xərclədiyi pulların 1/10-ni Afrikada yeraltı suların çıxarılmasına və k/t-nin inkişafına sərf etsəydi, peyvəndə ehtiyac olmazdı, ölənlər də az olardı.
Peyvəndləmə ilə isə yolxucu xəstəliklərdən ölməyənlərin nəslini kəsmək istəyir. Planetimizdə insanların sayının kəskin azaldılmasının zəruri olduğunu açıq bildirən şəxs afrikalıların sağlamlığına pul xərcləyərmi?
-Təhsil barədə. İndiyəcən heç eşitmisiniz ki, Qeyts haradasa məktəb tikdirsin və ya hansısa məktəbin xərclərini öz üzərinə götürsün? Buna görə də o, təhsili yox, “təhsil” təşəbbüslərini maliyyələşdirir.
Bəs bunlar hansı təşəbbüslər ola bilər? İnsanların daha da kütləşdirilməsi üzrə təhsil proqramları, məktəbdə çoxgenderliliyin təbliği, ailə institutlarının laxladılması üzrə proqramlar və s. və i.a.
Qəribə dünyada yaşayırıq…
Asif ŞƏFƏQQƏTOV
Leave a Reply