ELAZ.İNFO xəbər verir ki, ötən il ərzində Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasında 17 rəqəmsal təşəbbüs reallaşdırılıb.
Ölkənin səhiyyə sahəsində lazımi funksiyaların həyata keçirilməsində önəmli əhəmiyyət kəsb edən bu təşəbbüslər ölkə əhalisinin sağlamlığının qorunmasında və idarə edilməsində əsas şərtlərdəndir.
Məlumat üçün bildirək ki, artıq bu ildən etibarən vətəndaşlar “Dərman vasitələrinin izlənməsi və monitorinqi sistemi”, “Elektron resept sistemi”, “Elektron epikriz sistemi”, “Elektron bülleten sistemi” və digər sistemlərdən yararlana bilir.
Günel GÜNTAC
Leave a Reply