ELAZ.İNFO

Onlayn xəbər portalı

Yeni koronavirus həyəcanı- 5 gündə 30 mindən çox yoluxma qeydə alındı

ELAZ.İNFO, BAKI, 27.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Taylandda koronavirusun yeni variantı olan Omicron XEC səbəbindən 5 gündə 30 mindən çox yoluxma halı aşkarlanıb. Normal qripdən 7 dəfə tez yayılan variantla bağlı xəbərdarlıqlar da edilib.

Chulalongkorn Universiteti Tibb Fakültəsinin müəllimi, Taylandda 5 gündə 30 mindən çox yeni Covid-19 hadisəsinin aşkar edildiyini açıqladı. Chulalongkorn Universitetinin doktoru Thira Wratanarat, Taylandda Covid-19 hadisələrinin sayının artmasına diqqət çəkdi. O, xəbərdarlıq etdi ki, bu artım yeni dalğanın erkən əlamətidir.

Məlumat üçün bildirək ki, 18-23 may tarixləri arasında Taylandda 33.589 adamın xəstəxanaya yerləşdirildiyini və 3 nəfərin öldüyünü bildirən Dr. Thira, rəsmi rəqəmlərə xəstəxanalar xaricində yüngül halların daxil olmadığını və gecikmiş hesabatla həftəlik halların sayının ikiqat ola biləcəyini vurğuladı.

Xəstəliyin Omicron XEC variantı olduğunu bildirən Dr. Woratanarat deyib ki, “Covid-19-u mövsümi qrip kimi yüngül bir xəstəlik kimi təqdim etmək yanıltıcıdır. Ölənlərin sayı az görünsə də, yüz minlərlə hal olduğu halda itkilər çoxalaraq artır”.

Sputnik-də yer alan xəbərə görə, ekspert virusun iqtisadi təsirlərinə də diqqət çəkərək “Doğru mənbələrə inanın, qoruyucu tədbirlərdən əl çəkməyin” çağırışını edib.

Onu da qeyd edək ki, Taylandda son dalğaya səbəb olan Omicron XEC, COVID-19-un Omicron variantının yeni alt növü olaraq elan edildi. Tayland Səhiyyə Nazirliyinin məlumatına görə, mövsümi qripdən 7 dəfə daha sürətli yayılan xəstəlik 1 həftə ərzində ölkədə 30 mindən çox insanda müşahidə olunub.

Vurğulanıb ki, əsasən yüngül formada olan (qızdırma, boğaz ağrısı, burun axması) yaşlılarda, xroniki xəstələrdə və immuniteti aşağı olanlarda ağır keçə bilər.

İlahə BAYINDIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights