ELAZ.İNFO, BAKI, 21.05.2025.
Sağlam qidalanma, faydalı maddələrlə zəngin olan müxtəlif qida məhsullarının istehlakını və zərərli məhsulların məhdudlaşdırılması deməkdir.
Sağlam qidalanmanın əsası, düzgün balanslaşdırılmış qidalanmada, bütün məhsul qrupları (meyvə, tərəvəz, taxıl, zülal, süd məhsulları) düzgün nisbətdə olmalıdır. Adi yeməkdə, gün ərzində 3-5 əsas yemək və sağlam qəlyanaltılar qanda şəkər səviyyəsini sabit saxlamağa və həddindən artıq yeməkdən qaçmağa kömək edir.
Kifayət qədər maye də bədənin nəmlənməsini qoruyur, yəni gün ərzində təmiz su içmək lazımdır.
Şəkər və duzun məhdudlaşdırılması da sağlamlığa mənfi təsir göstərə bilər. Ona görə bu maddələrdən düzgün istifadə etmık lazımdır, yəni həddindən artıq istehlak etmək olmaz.
Zərərli məhsulların məhdudlaşdırılması, zamanı yarımfabrikatlardan də fəs fotlardan, şirin qazlı içkilərdən, qablaşdırılmış şirələrdən və zərərli əlavələrlə zəngin olan digər məhsullardan çəkinmək lazımdır.
Təbii məhsullardan, istifadə etməyə üstünlük verin.
Həddindən artıq yeməyin, doyma hissini bilin, mədənizi çox yükləməyin.
Eyni zamanda, bütün, lazımi vitamin və mineralları əldə etmək üçün diyetinizə müxtəlif məhsullar daxil etməyə calışın.
Meyvə və tərəvəzlərdən lazımınca istifadə etməyə üstünlük verin, bildiyimiz kimi axı vitaminlər, minerallar və pəhriz lifləri ilə zəngindir.
Qeyd etmək istəyirəm ki, yemək zamanı taxıl məhsullarından da istifadə faydalıdır, çünki onların tərkibində lif və faydalı elementlər var.
Yağsız ət, balıq və dəniz məhsulları da, yəni zülal, yağ turşuları, süd məhsulları və yumurta -onlar da bədəni kalsium, vitaminlər və digər faydalı maddələrlə təmin etmək üçün vacibdir.
Fındıq və toxum isə, faydalı yağların və vitaminlərin mənbələridir.
Sağlam yaşamaq, sağlam qidalanmaq üçün, nəyi məhdudlaşdırmaq və ya xaric etmək lazımdır?
Qızardılmış məhsullar, fast food, yarımfabrikatları, çünki onların tərkibində çoxlu yağ, duz və zərərli əlavələr var.
Şirniyyatları, şirin qazlı içkiləri, çünki, yüksək şəkər tərkibi sağlamlığa mənfi təsir göstərə bilər.
Şirniyyat məhsulları, onların tərkibində çoxlu şəkər, yağ və zərərli əlavələr var.
Trans yağlarla zəngin məhsullar, ürək və qan damarlarının sağlamlığına mənfi təsir göstərə bilər.
Tez-tez içmək, amma az, içmək, kiçik yeməklər qanda şəkərin sabit səviyyəsini saxlamağa kömək edir.
Unutmayın ki, sağlam qidalanma, özünüzü yaxşı hiss etməyə və sağlam qalmağınıza kömək edəcək həyat tərzidir.
Esmira RƏHİMOVA
Leave a Reply