ABŞ Prezidentinin ilk yanlış addımı nə oldu? İlk öncə Tramp Fələstini və Ukraynanı təhdid etdi, onları qorxuya salıb, işğalçını həvəsləndirdi. Bu isə işğalçı dövlətlərin- Rusiyanın və İsrailin əl-qolunu açdı, eyni zamanda işğalçının iştahını bir az daha artırdı.
Rusiya isə öz növbəsində ABŞ-ın müharibəni dayandırmaq təklifinə saymamazlıq göstərdi və buni indi də davam etdirir. Rusiyanın bu siyasi addımı Trampa qarşı bir növ bumeranq effekti yaratdı.
Trampın Avropa İttifaqını gözdən salmağı keçmiş SSRİ respublikalarının səmtini yenidən Rusiyaya doğru yönləndirdi.
Yeri gəlmişkən bildirim ki, Tramp hakimiyyətə gəlməzdən öncə bəyan etmişdi ki, Prezident seçildiyim təqdirdə Ukrayna-Rusiya savaşını 24 saata dayandıraram. Üstündən 4 ay keçməsinə baxmayaraq hələ də tərəflər arasında savaş gedir və Trampın heç bir təklifi Rusiya tərəfindən qəbul olunmur.
Buradan belə nəticə çıxır ki, Tramp Rusiyanı tanımayana qədər belə siyasi səhvlərə yol verəcək, yanlış addımlar atacaqdır. Avropa İttifaqı liderləri Trampı başa salmalıdırlar ki, Rusiya əslində kimdir. Dolayısı yolla, Tramp avropalı liderlərə qulaq asmalıdır.
Ağasəf İMRAN
Leave a Reply