ELAZ.İNFO

Onlayn xəbər portalı

-“Şübhələnmədim”-deyə bilmərəm

Qadın haqqında- maraqlıdır…

ELAZ.İNFO, BAKI, 30.05.2025.

-“Cənnət anaların ayaqları altındadır”- Qadına yüksək dəyər verən İslamı bəyənməyən qövmlərin qadın haqqında fikirlərinə rast gəldim. Maraqla oxudum. Sizin də oxumanızı tövsiyyə edirəm. Diqqətinizi çəkəcək, təsəvvürlərinizi dəyişəcək.

Bir rus kişisi qadına xitabən bunları söylər:

-Hər qadın bəy üçün doğulur. Allah arvadını döyənin ruzisini artırar.

Bir alman kişisi qadına belə qiymət verər:

-Yer üzündə iki yaxşı qadın var: -biri hələ doğulmayıb, digəri ölüb.

Bolqar kişilərinin qadın haqqənda təsəvvürləri:

-Qadın şeytandan da pisdir.

Bir fars kişisinin qadın haqqında düşüncələri:

-Qadın şeytanın qamçısıdır.

Bir hindu kişisi qadınla bağlı bunları söylər:

-Qadın cəhənnəmin əsas qapısıdır.

Ərəb kişilərinin fikrincə:

-Qadınlar yarım beyinlidir. Saçları uzun, ağılları qısadır.

Bir yəhudi kişi qadına belə qiymət verir:

Kişinin istəmədiyi üç şey: bağında yabanı ot, şərabında sirkə, övladları arasında qız.

İngilis kişisi qadına belə münasibət bəsləyir:

-Qadın üç dəfə evdən çıxa bilər: vəftiz olunmaq, evlənmək, dəfn olunmaq.

Bir fransız kişisinin isə qadına baxışı belədir:

-Zəngin kişi heç vaxt heç bir qız və ya qadın üçün çox yaşlı deyil”.

Bəs Azərbaycan kişisinin qadın haqqında təsəvvürü necədir? O qadın obrazını necə düşünür? Qadına, qıza necə qiymət verir? Fərqli fikirlər, fərqli münasibətlər təbii ki, olacaq. Amma çevrəmdə olan insanların təxəyyülündə qadına, qıza yüksək qiymət verilməsinin şahidiyəm. -Kimdən soruşdum-” Qadın baş tacıdır” dedilər”. İngilisin, rusun, fransızın, ərəbin və digərlərinin fikirlərindən sonra bir az rahatladım. Nəfəs aldım. Sizcə, bizimkilərin sözü sözdür? Öz aramızdır, -“şübhələnmədim”-deyə bilmərəm.

İlahə BAYINDIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights