“The Jerusalem Post” yazır ki, Netanyahu ilk çarpaz dindirmə zamanı prokurorların suallarına 1788 dəfə “yadımda deyil” cavabını verib. Bu vəziyyət ictimaiyyət tərəfindən istehza və tənqidlə qarşılansa da, Netanyahu yaddaş itkisinin zaman zaman hər kəsin başına gələ biləcəyini bildirib.
“The Jerusalem Post” qəzetinin yazdığına görə, Netanyahu 6 ay əvvəl ona qarşı korrupsiya ilə bağlı məhkəmədə ilk dəfə çıxış etdikdən sonra çərşənbə axşamı keçirilən ilk çarpaz sorğusunu “zarafat” adlandırıb.
İsrail baş nazirinin sorğu-sualında onun Hollivud filminin prodüseri, ictimaiyyət arasında Arnon Milçandan və iş adamı Ceyms Pakerdən ümumilikdə 195 min dollar dəyərində bahalı siqar və şampan, habelə həyat yoldaşı Sara üçün 3100 dollar dəyərində zinət əşyaları alması ilə bağlı iddialar diqqət mərkəzində olub.
Leave a Reply