ELAZ.İNFO

Onlayn xəbər portalı

Çin lideri ilə razılığa gəlmək olduqca çətindir

ELAZ.İNFO xəbər verir ki,Çin Xalq Respublikasının sədri Si Cinpinlə hansısa bir məsələdə razılığa gəlmək çətindir.

Bu barədə Amerika Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində yazıb.

“Mən ÇXR-in sədri Si Cinpini həmişə bəyənmişəm və hər zaman da bəyənəcəyəm, lakin o, çox sərtdir və onunla razılığa gəlmək son dərəcə çətindir!!!”, – o qeyd edib.

Qeyd edək ki, Donald Tramp prezident seçildikdən sonra başlatdığı tarif siyasətindən sonra Çin ilə Amerika arasında iqtisadi münasibətlərdəki gərginlik artıb. Bu artan gərginliyə kütləvi informasiya vasitələrində “Ticarət Savaşları” adı veriblər.

Aydan ŞƏRBƏTOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights