ELAZ.İNFO

Onlayn xəbər portalı

Ermənistanda nüvə təhlükəsizliyini gücləndirir

Avropa İttifaqı və Amerika Ermənistanda nüvə təhlükəsizliyini gücləndirir

ELAZ.İNFO xəbər verir ki,Ötən gün Avropa İttifaqı və Amerika rəsmiləri Ermənistanın Nüvə Elektrik Stansiyasına səfər ediblər.

Səfər Ermənistan Xarici İşlər Nazirliyi və stansiya rəhbərliyi tərəfindən təşkil olunub. Bu barədə APMEHПPECC məlumat yayıb.

Qeyd edilib ki, qısa müddət öncə isə Nüvə Elektrik Stansiyasında təhlükəsizlik əməliyyatlarının təkmilləşdirilməsi üçün 3,4 milyon dollara başa gəlmiş, Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş tam funksiyalı simulyator istifadəyə verilib.

2024-cü ildən bəri Avropa İttifaqı Ermənistana nüvə təhlükəsizliyi və radioaktiv tullantıların idarə olunmasının təkmilləşdirilməsi üçün 17,9 milyon avro ayırıb.

Bu vəsait Avropa İttifaqı ilə Ermənistan arasında Kompleks və Genişləndirilmiş Tərəfdaşlıq Müqaviləsi çərçivəsində davam edən əməkdaşlığın bir hissəsidir və Ermənistanın tənzimləyici bazasının Avropa İttifaqının nüvə təhlükəsizliyi standartlarına uyğunlaşdırılmasına dəstək verir.

Natəvan BƏYDİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights