ELAZ.İNFO xəbər verir ki, İsveç Estoniya ilə məhbuslar üçün həbsxana yerlərinin kirayəsi ilə bağlı razılıq əldə edib.
Bu barədə İsveçin SVT televiziyası çərşənbə günü bildirib.
STV-də yayılan məlumatda o da deyilir ki, “İsveçdə məhkum olunmuş təxminən altı yüz məhbus cəzalarını çəkmək üçün Tartu həbsxanasına köçürülə bilər ki, bu da İsveçdə həbsxanaların həddən artıq sıxlığını yüngülləşdirəcək”. Bu qərara isə ölkənin ədliyyə naziri Qunnar Strommer gəlib.
Qunnar Strommerin sözlərinə görə, “Estoniya ilə əldə olunan razılaşma konkret olaraq Tartu şəhərindəki həbsxanaya aiddir və bu halda o, tamamilə İsveçin sərəncamına veriləcəkdir.
Həbsxanada 600 məhbusun yerləşə biləcəyi 400 kamera var. Binalar eyni standartlara cavab verəcək və İsveç həbsxanalarındakı kameralarla eyni avadanlıqla təchiz olunacaq.
Razılaşmaya əsasən, Estoniya qanunları yerində tətbiq olunacaq, lakin bəzi istisnalarla, məsələn, xarici dünya ilə əlaqə. Nazirin sözlərinə görə, Estoniyada həbs cəzası mümkün qədər İsveç həbsi ilə eyni olacaq”.
Nazir onu da qeyd edib ki, “İsveç Həbsxana və Probasiya Xidmətinin əməkdaşları yerində olacaq və cəzaların müqaviləyə uyğun olaraq icrasını təmin edəcəklər. İsveç səlahiyyətliləri hər həbsxana üçün ayda 8500 avro ödəyəcək ki, bu da İsveçdəki müvafiq xərclərlə müqayisə oluna bilər. Estoniya ilə bu razılaşmanın həyata keçirilməsi üçün parlamentdə dörddə üç səs çoxluğu ilə dəstəklənən hazırkı İsveç qanunlarına düzəlişlər edilməlidir”.
Esmira RƏHİMOVA
Leave a Reply