ELAZ.İNFO xəbər verir ki, Azərbaycan İsrail və Türkiyə ilə sıx əlaqələrindən istifadə edərək 2023-cü ildə Dağlıq Qarabağı erməni separatçılarından geri aldıqdan sonra artan nüfuzu ilə Suriyadakı regional düşmənlər arasında gərginliyi aradan qaldırmaq üçün fəaliyyət göstərir.
AlArabia” agentliyi deyir:”Azərbaycan prezidentinin xarici siyasət üzrə baş yardımçısı Hikmət Hacıyev Bakıda təhlükəsizlik təhdidləri kimi gördükləri şeyləri azaltmaq üçün Suriyada fəaliyyət göstərən Türkiyə və İsrail arasında üç raunddan artıq mərhələdə baş tutan danışıqlara ev sahibliyi etdiyini təsdiqləyib“
“Hacıyev İstanbulda yerləşən Qlobal Jurnalistika Şurasının təşkilatçılığı ilə Bakıda baş tutan tədbirdə türkiyəli jurnalistlərə açıqlamasında deyib: “Azərbaycan razılaşma üçün diplomatik səylər göstərir. Həm Türkiyə, həm də İsrail bizə güvənir”.
“Türkiyə və İsrail arasında Azərbaycanın səssiz diplomatiyası” bu başlıqla tanınmış “AlArabia” agentliyi məruzəsində bildirib.
Natəvan BƏYDİLİ
Leave a Reply