ELAZ.İNFO

Onlayn xəbər portalı

Donald Tramp: -“Biz əlimizdən gələni edəcəyik”

ABŞ Prezidenti Donald Tramp Rusiyanın müharibənin dayandırılması üçün güzəştlərə getməyə hazır olduğunu söyləyib.

ELAZ.İNFO “The Hill”ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Norveç Baş naziri Yonas Qar Stere ilə danışıqlardan sonra jurnalistlərə bildirib.

Jurnalistlər Trampa “sülhə yaxınlaşmaq üçün Rusiyanın hazırda hansı güzəştlərə getdiyi” sualını ünvanlayıblar.

ABŞ prezidenti ibarə ilə vurğulayıb ki,“Müharibənin dayandırılması, bütün ölkəni ələ keçirməkdən imtina – kifayət qədər böyük güzəştdir”. Sülh sazişini əldə etmək üçün Ukraynanın barışdırıcı, təslimçi vəziyyətə düşürüldüyünü diqqətə çatdıran jurnalistlər Donald Trampa Ukrayna hansı ərazi hissəsindən əl çəkməlidir? -sualını veriblər. O isə cavabında: –“Bu hansı ərazidən söhbət getdiyindən asılıdır. Biz əlimizdən gələni edəcəyik”-deyə qeyd edib.

Verified by MonsterInsights